SOCAR Dəməşq Hava Limanına Yanacaq Təchizatı üçün Ortaq Müəssisə Qurur

SOCAR və “UCC Holding” Dəməşq Hava Limanına yanacaq təchizatı üçün birgə müəssisə yaratmaq məqsədilə Anlaşma Memorandumu imzalayıb.

Rock.News xəbər verir ki, memorandum şirkətlərin Dəməşq Hava Limanına aviasiya yanacağının təchizatını həyata keçirəcək və lazımi infrastrukturu təmin edəcək birgə müəssisənin yaradılmasını nəzərdə tutur. SOCAR bu müəssisədə yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərəcək və aviasiya yanacağının təminatını həyata keçirəcək.

Xatırladaq ki, SOCAR və “UCC Holding” arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları bu ilin 6 sentyabr tarixində imzalanmışdı.