Azərbaycan Malayziya ilə metroda əməkdaşlığa başlayır: Yeni layihələr
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) Malayziya şirkəti ilə metro nəqliyyatı sahəsində əməkdaşlığa başlamağı planlaşdırır. Bu əməkdaşlıq birgə təşəbbüslər üçün potensial sahələrin müəyyənləşdirilməsinə yönəlib.
Rock.News xəbər verir ki, AZCON-un icraçı direktoru Şahin Babayev Sinqapura səfəri zamanı SMRT şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə metro nəqliyyatı istiqamətində birgə təşəbbüslər müzakirə olunub.
Ş.Babayev həmçinin PSA İnternational şirkətinin Çin üzrə rəhbəri Lye Chee Whye-in rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. Bu görüşdə dəmiryol nəqliyyatı və limanların idarə olunmasında rəqəmsal həllərin tətbiqi məsələləri müzakirə edilib.