Daşkəsəndə "AzerGold" tullantıları təmizlədi: Ekoloji aksiya

Daşkəsəndə “AzerGold” QSC, “Daşkəsən Dəmir Filiz” MMC, Daşkəsən Rayon İcra Hakimiyyəti və Kommunal Müəssisələri Kombinatının birgə təşkilatçılığı ilə ekoloji aksiya keçirilib. Aksiya Zağalı kəndində baş tutub.

Rock.News xəbər verir ki, təmizlik aksiyası zamanı kənd ərazisində 10 hektara yaxın sahə tullantılardan təmizlənib, alaq otları biçilib. Yığılan tullantılar çeşidlənərək təkrar emala göndərilib.

“AzerGold” QSC-nin dağ-mədən sənayesini təmsil edən dövlət şirkəti kimi ətraf mühitin mühafizəsi ilə bağlı təşəbbüslərdə fəal iştirak etdiyi vurğulanıb. Şirkət istehsalat sahələrində fəaliyyətini yerli və beynəlxalq ekoloji normalara uyğun təşkil edir, regionda ekoloji layihələr həyata keçirir.