«AzerGold»da kadr dəyişikliyi: Müşahidə Şurasının yeni üzvləri kimlərdir?

«AzerGold» QSC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Rock.News xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin müvafiq sərəncamında qeyd olunub.

Sərəncama əsasən, Vüqar Məcidli və Rəşad İsmayılov Müşahidə Şurasının tərkibindən çıxarılıb. Onların yerinə Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri Mehman İsmayılov və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Əli Cəfərov təyin ediliblər.