Neft bahalaşır: Brentin qiyməti 63 dollara çatdı

Dünya bazarlarında neftin qiyməti artmaqda davam edir. “Brent” markalı neftin fevral fyuçersləri bahalaşaraq 63 dollara yüksəlib.

Rock.News xəbər verir ki, ICE London birjasında “Brent” neftinin fevral ayına olan müqaviləsinin qiyməti 0,37% artaraq bir barelə görə 62,9 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX birjasında isə WTI markalı neftin bir barelinin qiyməti 0,47% artaraq 59,23 ABŞ dollarına çatıb.