Vergi Xidməti açıqladı: Neft sektorundan daxilolmalar 9% artıb!

Dövlət Vergi Xidməti 2025-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 15 milyard 310,5 milyon manat vergi daxil olduğunu açıqlayıb. Proqnoza 105,1 faiz əməl edilib.

Rock.News xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "APA-Economics"ə məlumat verilib.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315,1 milyon manat, yəni 2,1 faiz artıb. Qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 187,6 milyon manat olub və proqnoz 102,7 faiz icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,7 faiz artıb.

Ödənilən vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi isə neft-qaz sektorunun payına düşüb.