Əmək Məcəlləsinə dəyişiklik: İşdən çıxarılma qaydaları sərtləşir!

Əmək müqaviləsinə xitam verilməsi üçün yeni şərtlər müəyyənləşir. Dəyişikliklər işdən çıxarılma prosesini daha da çətinləşdirəcək.

Rock.News xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanuna görə, əmək qabiliyyətini altı aydan çox itirən işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə müqaviləyə xitam verilirdi. Yeni layihəyə əsasən isə, işçinin fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün olmadıqda əmək müqaviləsinə xitam veriləcək. İşəgötürən, əlilliyi müəyyən edilmiş işçinin vəziyyətini əsaslandırmalıdır.