Bakıda daha bir avtobus zolağında sərnişinlərin rahatlığı üçün şərait yaradıldı

Bakıda avtobus zolağında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yer yaradılıb.

Rock.News xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, giriş 57 ünvanında müvafiq lövhə yerləşdirilib.

AYNA bildirir ki, minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.