ABB Orta Asiyada Sahibkarlığı Maliyyələşdirən Ən Yaxşı Bank Seçildi!
Rock.News xəbər verir ki, forumda ABB-nin son illərdə ölkəmizdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində həyata keçirdiyi layihələr haqqında iştirakçılara məlumat verilib. Bankın rəqəmsal maliyyələşmə məhsulları olan «Ani kredit», «Ticarət zəncirinin maliyyələşdirilməsi», «Təcili qarantiya» məhsulları təqdim edilib.
Forumun «TOP20 SME Banks Award Ceremony» hissəsində regionlar üzrə maliyyə qurumlarının qiymətləndirilməsi aparılıb. ABB kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində Mərkəzi Asiyanın 20 ən yaxşı bankından biri və ölkə üzrə ən yaxşı rəqəmsal maliyyə alətləri təqdim edən bank seçilib.
ABB-yə həmçinin «Biznes bankçılıq», «Rəqəmsal bankçılıq», «Rəqəmsal biznes maliyyələşdirməsi» və «Beyond bankinq» nominasiyaları üzrə 4 mükafat təqdim olunub.
ABB-nin müasir məhsul və xidmətləri barədə məlumatları Bankın filiallarından, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən və sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək olar.