Nazirlər Kabineti açıqladı: 2026-cı ilin Novruz, Ramazan və Qurban bayramı günləri

Nazirlər Kabineti 2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramlarının tarixlərini rəsmən elan edib.

Rock.News xəbər verir ki, müvafiq qərar Nazirlər Kabinetinin iclasında qəbul olunub.

Qərara əsasən, 2026-cı ildə Novruz bayramı martın 20-dən 24-dək, Ramazan bayramı martın 20-dən 21-dək, Qurban bayramı isə mayın 27-dən 28-dək qeyd olunacaq. Bu tarixlər qeyri-iş günləri hesab edilir.