Milli Məclisdən qərar: İşsizlik Fonduna 266 milyon manat ayrıldı
Milli Məclis İşsizlikdən Sığorta Fondunun (İSF) 2026-cı il büdcə layihəsini ikinci oxunuşda qəbul edib. Fondun xərcləri 266.4 milyon manat təşkil edəcək.
Rock.News xəbər verir ki, bu barədə qərar Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan «İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında» qanun layihəsi əsasında verilib.
Xərclərin maliyyələşmə mənbəyi kimi 238.3 milyon manat İSF-nin gəlirləri və 28.1 milyon manat fondun ehtiyatından yönəldilən vəsaitlər nəzərdə tutulub. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.