Penitensiar Xidmət rəisi vətəndaşlarla videokonfrans keçirdi: Müraciətlər nəzarətə götürüldü
Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov Lənkəran və Göyçay regional ədliyyə idarələri vasitəsilə videoqəbul keçirib. Görüşdə rayon sakinlərinin müraciətləri dinlənilib.
Rock.News xəbər verir ki, virtual qəbul məntəqələri vasitəsilə baş tutan videokonfransda 10 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub, müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Qəbula qatılan vətəndaşlar bu cür görüşlərin region sakinləri üçün əhəmiyyətini vurğulayaraq, operativ həll mexanizmlərindən məmnun qaldıqlarını bildiriblər.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.