Antiinhisar Agentliyi «Regional Su Meliorasiya Xidməti»nə göstəriş verdi: Problemlər həll olunmalıdır!
Rock.News xəbər verir ki, bu qərar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə birgə əməkdaşlıq çərçivəsində qəbul edilib.
Biləsuvar rayonu sakinlərinin şikayətləri əsasında aparılan araşdırmalar zamanı su təchizatı prosesinin daha effektiv təşkili üçün əlavə mexanizmlərə ehtiyac olduğu müəyyən edilib. AİBNDA «Regional Su Meliorasiya Xidməti» PHŞ-nin fəaliyyətinin Rəqabət Məcəlləsinə uyğunlaşdırılması məqsədilə bir sıra təkmilləşdirmə tədbirlərinin zəruriliyini əsas tutaraq iş qaldırıb.
Agentlik tərəfindən verilən göstərişdə su təchizatının qanunvericiliyə uyğun təşkili, suyun satışı ilə bağlı müvafiq tariflərin tətbiqi, istehlakçıların mənafeyinin qorunması və göstərilən xidmətlərin keyfiyyət normalarına uyğunlaşdırılması tələb olunur. Göstəriş çərçivəsində su təchizatının dayanıqlılığının artırılması, abonentlərlə işin daha şəffaf aparılması, tariflərin düzgün tətbiqi və texniki infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.
AİBNDA və ADSEA bu istiqamətdə əməkdaşlığı davam etdirərək su təchizatının daha keyfiyyətli təşkilinə nail olmağı planlaşdırır.