ABB "İlin Əqdi" Mükafatını Qazandı: Səbəb Nədir?

ABB beynəlxalq arenada nüfuzlu mükafata layiq görülüb. Bank "The Global Banking & Markets" tərəfindən "İlin Əqdi" mükafatını qazanıb. Bu mükafat ABB-nin 200 milyon ABŞ dolları dəyərində sindikatlaşdırılmış kredit cəlb etməsinə görə verilib.

Rock.News xəbər verir ki, mükafat İstanbulda keçirilən təntənəli mərasimdə ABB təmsilçisinə təqdim olunub. "The Global Banking & Markets" təşkilatı maliyyə bazarlarının beynəlxalq investisiya icması ilə əlaqələrini gücləndirərək əməliyyatların xərc və risklərini azaltmağa xidmət edir. Mükafatlandırılan əməliyyatların seçimi zamanı onun həcmi, müddəti, strukturu, icra keyfiyyəti və açdığı yeni imkanlar nəzərə alınır.

ABB-nin bu sindikativ krediti Masreqbank-ın təşkilatçılığı, Abu-Dabi Kommersiya Bankının agent bank rolu ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan cəlb edilib. Bu, ABB-nin uzun illər sonra beynəlxalq maliyyə bazarlarına qayıdışı olub.

Bankın xarici maliyyə bazarlarına qayıdışı ABB-nin biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə və gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə imkan yaradır.

Əlavə məlumat üçün ABB-nin rəsmi internet səhifəsinə (https://abb-bank.az/) və ya 937 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.