Vergi Xidməti şad xəbəri açıqladı: İaşə obyektləri üçün vergi güzəşti!

Dövlət Vergi Xidməti (DVX) ictimai iaşə sektorunda çalışanlar üçün vergi yükünün azaldılacağını açıqlayıb. Yeni güzəştlər POS-terminallar vasitəsilə edilən nağdsız ödənişlərə şamil ediləcək.

Rock.News xəbər verir ki, DVX bu addımı vergi qanunvericiliyində aparılan optimallaşdırma tədbirlərinin davamı kimi qiymətləndirir. Artıq 2024-cü il yanvarın 1-dən etibarən tibb müəssisələri də POS-terminal vasitəsilə nağdsız ödənişlərin 50%-ni ƏDV-dən azad edə bilirlər.

2026-cı il yanvarın 1-dən isə ƏDV qeydiyyatında olan iaşə obyektləri də eyni imtiyazdan yararlanacaqlar. Belə ki, onların POS-terminal vasitəsilə nağdsız ödənişlərinin 50%-i 3 il müddətinə ƏDV-dən azad olunacaq. Bundan əlavə, 8% dərəcə ilə sadələşdirilmiş vergi ödəyən iaşə obyektləri üçün bu dərəcənin 6%-ə endirilməsi təklif edilir.

Misal üçün, əgər iaşə obyekti ayda 50 min manatlıq xidmət göstərsə, bunun 10 min manatı nağd, 40 min manatı isə nağdsız ödəniş olsa, və obyekti 3 min manat ƏDV ödəmiş olsa, büdcəyə ödənilməli ƏDV 6 min manat əvəzinə, 2400 manat təşkil edəcək.

Sadələşdirilmiş vergi ödəyicisi olan iaşə obyekti üçün isə, eyni şərtlərlə, büdcəyə ödənilməli vergi 4 min manat əvəzinə 3200 manat olacaq.