Bilgəhdə işıqlar sönəcək: Səbəb açıqlandı

Bu gün Bilgəh qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Rock.News xəbər verir ki, "Azərişıq" Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 2 dekabr tarixində 35/10/6 kV-luq "Bilgəh" yarımstansiyasında təmir işləri aparılacağını bildirib.

Məlumata görə, saat 10:30-dan 14:00-dək Zəfəran Sovxozu yaşayış massivi, Bilgəh kənd mərkəzi və Azərbaycan qadını küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.