«Muğanbank» yeni ünvanda: Fəaliyyətini «Amrahbank»ın ofisində davam etdirəcək

Ləğv prosesində olan «Muğanbank» ASC fəaliyyətini yeni ünvanda davam etdirəcək.

Rock.News xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, «Muğanbank» ASC 1 dekabr 2025-ci il tarixindən etibarən Bakı şəhəri, Xocalı prospekti 36A ünvanında (ləğv prosesində olan «Amrahbank» ASC-nin baş ofisi) fəaliyyətini davam etdirəcək.

Əlaqə telefonu: (+994) 941.