Kaliforniyada qanlı ad günü: 4 ölü, 10 yaralı – ŞOK!

ABŞ-ın Kaliforniya ştatının Stokton şəhərində dəhşətli hadisə baş verib. Ailəvi tədbir zamanı açılan atəş nəticəsində azı dörd nəfər həlak olub.

Rock.News xəbər verir ki, hadisə zamanı daha 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ad günü münasibətilə keçirilən tədbirdə atəş açan şəxsin kimliyi və motivləri hələlik məlum deyil.