Ramiz Mehdiyev Dövlət Dil Komissiyasındakı vəzifəsindən azad edildi
Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası sədrinin müavini vəzifəsindən azad edilib.
Rock.News xəbər verir ki, bu barədə sərəncam noyabrın 12-də imzalanıb.
Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi oktyabrın 14-də Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. O, həmçinin Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən də azad edilib.