Azərbaycanda nağdsız kart ödənişləri 9 milyard manata yaxınlaşdı
2023-cü ilin oktyabr ayında Azərbaycanda kartlarla ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 825 milyon manat olub.
Rock.News xəbər verir ki, bu ödənişlərin 7 milyon 776 min manatı elektron ticarətə aiddir. Qalan 1 milyon 45 min manat POS-terminallar, 4 milyon manat isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatlar, bütün ölkədaxili kart əməliyyatlarının 67,5%-ni təşkil edib.
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nisbətən 334 min ədəd artaraq 21 milyon 701 min ədədə çatıb. Keçən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 13,3% artıb. Debet kartlarının sayı 16% artsa da, kredit kartlarının sayı 5,2% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Oktyabr ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artıb.