Azərbaycanda Vergi Xidmətində struktur yenidən qurulur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunda mühüm dəyişikliklər həyata keçirilib. Bu çərçivədə bir sıra yeni idarələr təsis edilib.

Rock.News xəbər verir ki, yaradılan yeni qurumlar Daxili Audit Baş İdarəsi, Strateji Planlaşdırma və Təşkilati Risklərin İdarə Olunması Baş İdarəsi, həmçinin Data Analitika İdarəsidir. Bundan əlavə, əvvəllər şöbə statusunda fəaliyyət göstərən İnformasiya Təhlükəsizliyi Şöbəsi də idarəyə çevrilib.