AZSTAND istilik və qaz sayğaclarının dəqiqliyini artıracaq 5 standartı təsdiqlədi

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) metrologiya sahəsində 5 yeni dövlət standartını təsdiqləyib. Bu addım Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan qurum tərəfindən atılıb.

Rock.News xəbər verir ki, qəbul edilmiş standartlar aşağıdakılardır: AZS EN 1434-1:2025 “İstilik enerjisi sayğacları. Hissə 1: Ümumi tələblər” AZS EN 1434-4:2025 “İstilik enerjisi sayğacları. Hissə 4: Tipin təsdiqi sınaqları” AZS EN 1434-5:2025 “İstilik enerjisi sayğacları. Hissə 5: İlkin yoxlama sınaqları” AZS EN 12480:2025 “Qaz sayğacları – Rotor yerdəyişmə qaz sayğacları” AZS EN 1359:2025 “Qaz sayğacları – Diafraqma qaz sayğacları”

Bu dövlət standartları istilik və qaz sayğaclarının işləmə prinsiplərini, təhlükəsizlik tələblərini, istehsal qaydalarını və sınaq metodlarını müəyyənləşdirir. Onların tətbiqində əsas məqsəd istilik və qaz sayğaclarının etibarlı fəaliyyətini, eləcə də ölçmə nəticələrinin dəqiqliyini təmin etməkdir.

Yeni normalar Avropa standartları əsasında hazırlanıb və “Metrologiya sahəsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 47) konsensus yolu ilə qəbul edilib. Onlar artıq AZSTAND tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.