1700 yeni iş yeri azad edilmiş torpaqlarda iqtisadiyyatı dirçəldir

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın azad edilmiş ərazilərində 1 700 yeni iş yeri yaradılıb. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11 faiz artım deməkdir.

Rock.News xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin müvafiq dövründə azad edilmiş rayonlarda 1 532 yeni iş yeri açılmışdı.

Cari ilin ilk doqquz ayında ən çox yeni iş yeri Xankəndi və Laçın şəhərlərində qeydə alınıb. Xankəndidə 516, Laçında isə 312 yeni iş yeri fəaliyyətə başlayıb.

Hesabat dövründə, həmçinin azad edilmiş ərazilərdə 170 yeni müəssisə və təşkilat, eləcə də 2 805 fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib.