Hava Nəqliyyatında 72 onkoloji dərman qaçaqmalçılığı aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz dərman vasitələrinin gətirilməsinin qarşısını alıblar. Bu hadisə zamanı iki xarici ölkə vətəndaşı saxlanılıb.

Rock.News xəbər verir ki, Dehli-Bakı aviareysi ilə gələn iki şəxs gömrük yoxlamasına cəlb edilib. Onların baqaj və əl çantalarına baxış keçirilərkən, gömrük orqanlarına bəyan edilməmiş, ümumilikdə 72 ədəd onkoloji dərman vasitəsi aşkar olunub.