Zaxarova: Ermənistan KTMT-də QALIR, oyun bitdi!

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyü ilə bağlı son iddialara aydınlıq gətirib. Rəsmi nümayəndə Mariya Zaxarova, Ermənistanın bütün hüquq və öhdəliklərini qoruyaraq təşkilatın tamhüquqlu üzvü olaraq qaldığını bəyan edib.

Rock.News xəbər verir ki, Zaxarova brifinqdə Ermənistanın KTMT-də iştirakının dondurulması iddialarının sadəcə söz oyunu olduğunu və təşkilatın hüquqi bazasında belə bir formanın nəzərdə tutulmadığını vurğulayıb. O, təşkilatdakı tərəfdaşların tamhüquqlu işinin bərpasına heç bir maneə olmadığını da qeyd edib.