Xocalıda Şok Tapıntı: Türbəyə Bitişik Məqbərə Aşkarlandı!

Xocalı tarixi-arxeoloji kompleksində sensasiyalı bir kəşf baş verib. Arxeoloqlar Xocalı türbəsinə bitişik, yerüstü əlamətləri görünməyən məqbərə yeri aşkar ediblər. Bu tapıntı bölgənin qədim tarixi ilə bağlı yeni suallar doğurur.

Rock.News xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekun hesabatında bu barədə məlumat verilib. Şamil Nəcəfovun rəhbərliyi altında aparılan tədqiqatlar zamanı, həmçinin nekropolda tunc dövrünə aid daha bir kurqan və Xocalı-Gədəbəy mədəniyyətinə aid qəbir abidələri də aşkar edilib. Bundan əlavə, Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya Baydar kurqanlarında Xocalı-Gədəbəy mədəniyyətinə aid bütöv bir məzarlıq tapıb ki, bu da bölgədə ilk dəfədir.