VHP-də ŞOK SƏS-KÜY: Rüstəmxanlıya qarşı HÖRMƏTSİZLİK! Deputat Cəzalandırıldı!
Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) qalmaqal yaşanıb. Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) millət vəkili Rafael Hüseynovun partiya sədri Sabir Rüstəmxanlıya qarşı hörmətsiz davranışına görə ona töhmət verib. MNTK üzvləri bu addımı həm partiyanın nüfuzuna, həm də siyasi mədəniyyətə zərər vuran hərəkət kimi qiymətləndiriblər.
Rock.News xəbər verir ki, Rafael Hüseynovun Sabir Rüstəmxanlının Milli Məclisdəki çıxışını yarımçıq kəsməsi rayon təşkilatları və partiya fəalları tərəfindən ciddi narazılığa səbəb olub. Məsələ partiyanın Siyasi Şurasında da müzakirə olunub. Siyasi Şura bu məsələni qapanmış hesab edir və Rafael Hüseynova gələcəkdə bu kimi hallara yol verməməsi tapşırılıb. Sabir Rüstəmxanlı isə məsələnin inzibati cəza ilə həllinə tərəfdar olmadığını bildirib.