Uşaq Avroviziyası 2025: Onlayn Səsvermə START! Yağmura Dəstək!
2025-ci il “Uşaq Avroviziyası” Mahnı Müsabiqəsinin onlayn səsverməsi dekabrın 13-də rəsmi olaraq başlayır. Tamaşaçılar bu müsabiqədə öz ölkələrinə səs verə biləcəklər və bütün dünya ölkələrinin nümayəndələri heç bir məhdudiyyət olmadan səsverməyə qoşulacaqlar.
Rock.News xəbər verir ki, səsvermə tamamilə ödənişsizdir və bütün izləyicilər jesc.tv platforması üzərindən səs verə bilərlər. Hər bir tamaşaçı 3 ölkəyə səs verməlidir və bu seçimlərdən biri Azərbaycan ola bilər. Səsvermə iki mərhələdə keçiriləcək: dekabrın 12-dən 13-nə keçən gecə saat 00:00-dan başlayaraq 13 dekabr saat 19:59-dək davam edən birinci mərhələ və canlı şoudakı son ifadan dərhal sonra başlayıb təxminən 15 dəqiqə davam edən ikinci mərhələ. Azərbaycanı müsabiqədə 12 yaşlı Yağmur təmsil edir. Müsabiqənin finalı dekabrın 13-də baş tutacaq və yekun nəticələrin 50%-i tamaşaçı səsverməsi əsasında müəyyən olunacaq.