Trampın Planı: ABŞ, Çin, Rusiya və Hindistanla Yeni Birliyə Hazırlaşır?
Tramp administrasiyası G7-yə alternativ olaraq ABŞ, Çin, Rusiya, Hindistan və Yaponiyanın daxil olduğu yeni bir təşkilat yaratmağı planlaşdırır. Bu təşəbbüs, “Defence One”da dərc olunan məqalədə öz əksini tapıb və milli təhlükəsizlik strategiyasının daha geniş versiyasında yer alıb.
Rock.News xəbər verir ki, C5 (Core 5) adlandırılan bu yeni qurum, G7-dən fərqli olaraq, milli sərvət və demokratik idarəçilik prinsipləri ilə məhdudlaşmayacaq. Təşkilat Yaxın Şərqdə təhlükəsizlik, İsrail-Səudiyyə Ərəbistanı normallaşması kimi məsələləri müzakirə edəcək. Eyni zamanda, ABŞ Avstriya, Macarıstan, İtaliya və Polşa kimi ölkələrlə daha sıx əməkdaşlıq etməyi və onları Avropa İttifaqından ayırmağı planlaşdırır. Tramp administrasiyasının sözçüsü Anna Kelli isə milli təhlükəsizlik strategiyası ilə bağlı gizli və geniş bir sənədin olmadığını bildirib.