Rəşad Nəbiyev ABŞ-da nəhəng investisiya şirkəti ilə Orta Dəhlizi müzakirə etdi
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ səfəri zamanı “Global Infrastructure Partners” (GIP) şirkətinin rəhbərləri ilə görüşüb. Görüşdə Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin regional imkanları əsas müzakirə mövzusu olub.