Qarabağ Canilərinə Məhkəmə: Prokuror Cinayətkar Birliyin Rolunu Açıqladı

Bakı Hərbi Məhkəməsində Qarabağda törədilən cinayətlərə görə ittiham olunan separatçı rejim liderləri Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərinin məhkəməsi davam edib. Məhkəmə iclasında tərəflərə replika hüququ verilib və prokuror cinayətkar birliyin rolunu açıqlayıb.

Rock.News xəbər verir ki, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında müdafiə tərəfinin cinayətkar birliyin yalnız kriminal cinayətlər üçün yaradılması fikrini təkzib edib. O, Birinci Qarabağ müharibəsindən əvvəl Ermənistan tərəfindən formalaşdırılan dəstələrin sonradan Azərbaycan ərazilərini işğal edən cinayətkar ordunun tərkib hissəsinə çevrildiyini vurğulayıb. Prokuror həmçinin, təqsirləndirilən şəxslərin işğalın təşkilində iştirakını və bəzilərinin formal olaraq Ermənistan dövlətinin hərbi və siyasi rəhbərliyində yer tutduğunu qeyd edib.