Portuqaliyada rekord tətil: Səhiyyə, nəqliyyat iflic vəziyyətdədir

Portuqaliyada iki böyük Həmkarlar İttifaqı hökumətin əmək qanunvericiliyinə etiraz olaraq son 12 ildə ilk dəfə kütləvi tətilə başlayıb. Tətil nəqliyyat, səhiyyə və kommunal xidmətlərdə ciddi problemlərə səbəb olub.

Rock.News xəbər verir ki, tətil səbəbindən hava limanlarında personal çatışmazlığı yaranıb, bu da milli aviaşirkət TAP SA-nın reyslərində gecikmələrə və ləğvlərə gətirib çıxarıb. Dəmir yolu operatoru reyslərin sayını azaldıb. Xəstəxanalar minimum heyətlə işləyir, bir çox məktəb bağlanıb. Bələdiyyələr tullantıların daşınmasında gecikmələr barədə xəbərdarlıq edib. Baş nazir etirazları "anlaşılmaz" adlandırıb.