Plasido Dominqo Bakını Titrətdi: Heydər Əliyev Mərkəzində Möhtəşəm Konsert!
Rock.News xəbər verir ki, konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Plasido Dominqo ilə yanaşı, onun oğlu Plasido Dominqo Jr., Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova və isveçrəli opera ifaçısı Daria Rıbak da səhnədə yer alıblar. Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri isə tanınmış italiyalı dirijor Françesko İvan Çampanın rəhbərliyi altında çıxış edib. Gecədə C.Puççini, C.Verdi, P.Maskani kimi dünya klassiklərinin əsərləri səsləndirilib. Plasido Dominqo bu dəfə də Azərbaycan tamaşaçılarına sürpriz edərək, gecənin digər ifaçıları ilə birlikdə "Küçələrə su səpmişəm" xalq mahnısını ifa edib. Xatırladaq ki, müğənni 2010-cu ildə Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısını da ifa etmişdi.