Paşinyandan Əliyevə Təşəkkür: Tranzit Qadağası Ləğv Edildi!

Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycanın Ermənistana tətbiq etdiyi tranzit qadağasının ləğv edilməsini Avrasiya İqtisad Birliyinin Hökumətlərarası Şurasının iclasında alqışlayıb. Paşinyan bu addımı regionda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətli bir fürsət kimi qiymətləndirib.

Rock.News xəbər verir ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarını Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində atılan mühüm addımlardan biri hesab edib. Baş nazir regionda baş verən müsbət dəyişikliklərin iqtisadi əlaqələrin inkişafı üçün yeni üfüqlər açdığını vurğulayıb.