OPEC neft tələbatı proqnozunu AÇIQLADI: Barel qiymətləri necə DƏYİŞƏCƏK?

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-2026-cı illər üçün orta gündəlik qlobal neft tələbatı proqnozlarını yeniləyib. Gözləntilərə görə, bu göstərici artacaq, lakin bu, neftin barel qiymətlərinə necə təsir edəcəyi hələlik məlum deyil.

Rock.News xəbər verir ki, OPEC-in aylıq hesabatına əsasən, 2024-cü ildə gündəlik qlobal neft tələbatının 105,14 milyon barel olacağı proqnozlaşdırılır. Bu, 2023-cü ilin göstəricisindən 1,3 milyon barel çoxdur. 2025-ci il üçün isə tələbatın 106,52 milyon barelə çatacağı gözlənilir ki, bu da 2024-cü ildən 1,38 milyon barel artıqdır. Ötən il qlobal neft tələbatı 103,84 milyon barel təşkil edib.