Naxçıvanda ŞOK: Xaraba Gilan türbələri İslam sivilizasiyasına aid deyil!

Naxçıvandakı Xaraba Gilan türbələrinin İslam sivilizasiyasına aid olmadığı aşkarlanıb. Aparılan arxeoloji qazıntılar zamanı məlum olub ki, dəfn adətləri İslam qanunlarına uyğun deyil və bu türbələr sinkretik abidələrdir.

Rock.News xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunlarına dair hesabatında bildirilib. Hesabatda qeyd olunur ki, arxeoloq Bəhlul İbrahimlinin apardığı tədqiqatlar nəticəsində Xaraba Gilan türbələrinin tanrıçılıq dini inanclarına uyğun dəfn adətlərinə sahib olduğu müəyyən edilib. Bundan əlavə, Ağstafa rayonunun Ağalıqtəpə abidəsində də erkən dəmir dövrünə aid yeni yaşayış yerinin izləri aşkar edilib. Astaranın Alaşa kəndindəki Əlişa qalasında aparılan qazıntılar nəticəsində isə qalada əlavə divarlar, otaqlar və su infrastrukturu tapılıb.