Naxçıvanda deputat Əli Abbasov mandatdan məhrum edildi: Səbəb nədir?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əli Abbasov vətəndaş müraciətləri əsasında mandatından məhrum edilib. Bu qərar Ali Məclisin İntizam Komissiyasının apardığı araşdırmadan sonra qəbul olunub.
Rock.News xəbər verir ki, İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Mərkəzi Seçki Komissiyası isə dekabrın 11-də Əli Abbasovun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib. Müraciətlərin detalları və Abbasovun hansı qanun pozuntusuna yol verdiyi hələlik açıqlanmır.