Əli Əsədov və Kobaxidze Türkmenistanda Görüşdü: Strateji Tərəfdaşlıq Müzakirəsi
Baş nazir Əli Əsədovun Türkmənistana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü baş tutub. Görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi, investisiya və nəqliyyat-tranzit sahələrində inkişafından məmnunluq ifadə olunub.
Rock.News xəbər verir ki, tərəflər iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın aktual məsələlərinə xüsusi diqqət yetiriblər. Həmçinin, Gürcüstanla Azərbaycanın birgə həyata keçirdiyi regional əhəmiyyətli layihələr və artan ticari-iqtisadi əməkdaşlıq vurğulanıb. Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyi sahəsində regional əməkdaşlığın möhkəmləndirilməsi məsələləri də müzakirə mövzusu olub. Kobaxidze Gürcüstanın dialoq yolu ilə bölgədə dayanıqlı sülh və sabitliyin təmin edilməsinə töhfə verməyə hazır olduğunu bildirib.