Əli Əsədov Türkmənistanda: Yubiley tədbirlərində iştirak edəcək

Baş nazir Əli Əsədov Türkmənistanın daimi bitərəfliyinin 30-cu ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün bu gün Aşqabada işgüzar səfər edib.

Rock.News xəbər verir ki, Aşqabad Beynəlxalq Aeroportunda Əli Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Mammetxan Çakıyev və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi gözlənilir.