Əli Əsədov Aşqabadda Berdiməhəmmədovla Görüşdü: Salamlar Çatdırıldı
Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb. Görüşdə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Rock.News xəbər verir ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Türkmənistanın daimi neytrallığının 30 illiyi münasibətilə təbriklərini Sərdar Berdiməhəmmədova çatdırıb. Sərdar Berdiməhəmmədov isə İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib və öz salamlarını da Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. Baş nazir həmçinin Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.