Lerikdə Niva dərəyə yuvarlandı: Sürücünün bacısı öldü – Faciə!

Lerik rayonunda baş verən dəhşətli yol qəzasında bir nəfər həyatını itirib. "Niva" markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində sürücünün bacısı Yeganə Ağacanova hadisə yerində dünyasını dəyişib.

Rock.News xəbər verir ki, hadisə ötən gecə Lerik rayonunun Dico kəndi ərazisində baş verib. Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi "Niva" markalı avtomobili yol kənarında saxlayaraq maşından düşüb. Bu zaman avtomobil hərəkətə gələrək dərəyə aşıb. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.