Korrupsiya Limanı Yudu: Hövsan Liman Rəisi Həbsdə, 5 Milyonluq İttiham!
Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində həbs olunub. Eyni zamanda, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov da həbs edilib. Onlar qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə üzləşirlər.
Rock.News xəbər verir ki, Rəşad Daşdəmirov və Fərid Usubov barəsində məhkəmənin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb, dəymiş ziyanın həcminin 5 milyon manatdan çox olduğu ehtimal edilir. Rəşad Daşdəmirovun Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğlu olduğu bildirilir. Fərid Usubovun isə uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğlu olduğu məlum olub.