İŞİD-ə maliyyə yardımı edən qardaşlara Ali Məhkəmədən SON QƏRAR!
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən, İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə təqsirləndirilən Mircəlal və Mircavad Salahov qardaşlarının kassasiya şikayəti təmin edilməyib. Ali Məhkəmə onların barəsində olan hökmü dəyişdirməyərək, əvvəlki qərarı qüvvədə saxlayıb.
Rock.News xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Mircəlal və Mircavad Salahovun hər biri 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Mircavad Salahovun Suriyada İŞİD sıralarına qoşularaq döyüş təlimlərində iştirak etdiyi, daha sonra isə təşkilatda mühasib kimi fəaliyyət göstərdiyi müəyyən edilib. Mircəlal Salahovun isə qardaşı Mircavadı İŞİD-ə cəlb etdiyi və Suriyada hərbi əməliyyatlarda iştirak edərək yaralandığı bildirilir.