İncəsənət Gimnaziyasında təmir işləri: Növbəti tədris ilinə hazırlıq!

Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasında əsaslı təmir-bərpa işləri sürətlə davam edir. Gimnaziyanın tədris və yaradıcılıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən yenidənqurma işləri növbəti tədris ilinə qədər yekunlaşdırılacaq.

Rock.News xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, layihələndirmədə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar qısamüddətli ləngimə baş versə də, təmir-bərpa işlərinin vaxtında tamamlanması və gimnaziyanın istifadəyə verilməsi planlaşdırılır.