İlham Əliyevdən məhkəmə ekspertizası sahəsində YENİ SƏRƏNCAM!
Prezident İlham Əliyev məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyanı təsdiq edib. Bu sərəncam, ölkədə məhkəmə ekspertizası sisteminin daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm addımdır.
Rock.News xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət etmək, həmçinin Konsepsiyanın icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat vermək tapşırılıb. Konsepsiyanın icrasının monitorinqi və qiymətləndirilməsi isə Ədliyyə Nazirliyinin sifarişi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.