Gürcüstanda Terror Xəbəri: İsrail Biznesmeni DTX-da Dindirildi!
Gürcüstanda terror aktları təhlükəsi barədə yayılan dezinformasiya ilə əlaqədar olaraq, Gürcüstan-İsrail Biznes Palatasının prezidenti İtsik Moşe Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. DTX, Moşenin məlumatı Knesset üzvündən aldığını, həmin şəxsə isə məlumatın Knessetin Etika komissiyasının nümayəndəsinin təqdim edildiyini bildirib.
Rock.News xəbər verir ki, DTX Moşenin daha konkret və ciddi informasiya mənbəyinin adını çəkə bilmədiyini vurğulayıb. Qurum, həmçinin, hər kəsi Gürcüstana ziyan vuran bu cür absurd, mənasız və yoxlanılmamış informasiyanı yaymaqdan çəkinməyə çağırıb. DTX-dan bildirilib ki, nə Gürcüstanın, nə də İsrailin xüsusi xidmət orqanları Gürcüstanda terror təhlükəsi haqqında informasiyaya malik olmayıb və buna uyğun olaraq məlumat kimsə ilə bölüşülməyib.