Gürcüstan Baş Naziri Türkmənistan Prezidenti ilə Orta Dəhlizi müzakirə etdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla Tiflisdə görüşüb. Görüşdə tərəflər iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığı, xüsusən də tranzit-logistika sahəsində əlaqələri müzakirə ediblər. Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan Gürcüstanın dəniz limanlarına əlavə yüklərin cəlb olunması məsələləri əsas diqqət mərkəzində olub.
Rock.News xəbər verir ki, İrakli Kobaxidze Türkmənistan qazının Gürcüstan vasitəsilə nəqlinə kömək göstərməyə hazır olduğunu bildirib. O, həmçinin Türkmənistanın dövlət başçısına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib. Görüşdə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın dərinləşdirilməsi üçün gələcək addımlar müzakirə olunub. Kobaxidze Sərdar Berdiməhəmmədovu Gürcüstana rəsmi səfərə dəvət edib.