Gülər: Türkiyə Azərbaycan-Ermənistan sülhünə tam dəstək verir!
Türkiyənin müdafiə naziri Yaşar Gülər Azərbaycan və Ermənistan arasında son zamanlarda əldə edilən müsbət irəliləyişləri böyük məmnunluqla qarşıladı. Nazir, bu prosesin regionun sülh və firavanlığına xidmət edəcək şəkildə tamamlanmasının əhəmiyyətini vurğulayıb.
Rock.News xəbər verir ki, Yaşar Gülər Türkiyənin bu prosesin davamlı olmasına və region ölkələrinin sülhünə xidmət edəcək şəkildə yekunlaşmasına sadiq olduğunu bildirib. O, Türkiyənin bu məsələyə hər cür dəstək verməyə hazır olduğunu da qeyd edib. Nazir həmçinin, Türkiyənin "bir millət, iki dövlət, bir ordu" anlayışı çərçivəsində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün təhsil və təlim fəaliyyətlərini davam etdirdiyini və müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da dərinləşdirdiyini əlavə edib.