Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası üçün Yeni Standartlar Hazırlayır

Azərbaycanda məhkəmə ekspertizası sahəsində dövlət standartlarının hazırlanması və qəbul edilməsi nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya”sında öz əksini tapıb.

Rock.News xəbər verir ki, sərəncama əsasən, Ədliyyə Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyi 2026-2030-cu illər ərzində standartlaşdırma üzrə texniki komitə tərəfindən dövlət standartları layihələrinin hazırlanmasını, razılaşdırılmasını, qəbulunu, dövlət reyestrinə və fonduna daxil edilməsini təmin etməlidir.