Bolqarıstanda ŞOK İSTEFA: Baş nazir Rosen Jelyazkov vəzifəsini tərk etdi!

Bolqarıstanın Baş naziri Rosen Jelyazkov gözlənilmədən istefa qərarı verib. Bu qərar ölkənin paytaxtı Sofiyada baş verən və on minlərlə insanın iştirak etdiyi kütləvi etiraz aksiyaları fonunda elan edilib.

Rock.News xəbər verir ki, Bolqarıstanda bir müddətdir ki, küçələrdə on minlərlə etirazçı hökuməti genişmiqyaslı korrupsiyada ittiham edərək istefaya çağırırdı. Təkcə paytaxt Sofiyada etirazçıların sayının 150 minə çatdığı bildirilir. Ümumilikdə ölkənin 25 şəhərində etiraz aksiyaları keçirilir.